Çinin BYD şirkəti gəlir üzrə də ABŞ-ın Tesla şirkətini ötüb
Çinin elektrikli avtomobil istehsalçısı BYD-nin keçən il satışları 100 milyard dollarlıq həddi keçərək ABŞ-ın elektrikli avtomobil nəhəngi Tesla-nı geridə qoyub. 2024-cü ildə BYD 107 milyard dollar, Tesla isə 97,7 milyard dollar gəlir əldə edib.
Çin avtomobil nəhəngi BYD Co.-nun keçən il satışları 100 milyard dolları keçərək, gəlir baxımından İlon Maskın Tesla şirkətini geridə qoyub.
Marja xəbər verir ki, baş ofisi Şençjendə yerləşən şirkətin gəliri dekabrın 31-də başa çatan 12 aylıq dövrdə 766 milyard yuanlıq proqnozu üstələyərək 777 milyard yuan (107 milyard dollar) təşkil edib.
ABŞ-ın Tesla şirkəti 2024-cü ildə 97,7 milyard dollar gəlir əldə edib.
BYD-nin xalis mənfəəti də illik müqayisədə 34 faiz artaraq 40,3 milyard yuan təşkil edib və analitiklərin 39,5 milyard yuanlıq proqnozlarını üstələyib.
BYD, elektrikli avtomobillər üçün dünyanın ən böyük və ən rəqabətli bazarı olan Çində sürətlə zirvəyə yüksəlib. Təkcə bu il BYD elektrikli avtomobillərdə 5 dəqiqəyə 400 km məsafə qət etməyi vəd edən yeni şarj sistemini və ən sadə modellərində belə sürücüyə qabaqcıl yardım texnologiyalarını təqdim edib. BYD-nin Honq-Konqda ticarət olunan səhmləri bu il təxminən 51 faiz bahalaşıb.
Ötən il şirkətin cəmi avtomobil satışı 4,27 milyon ədəd təşkil edib. BYD, bu il 5-6 milyon ədəd civarında avtomobil sata biləcəyi nəzərdə tutur.
İlk 2 ayda satışı 93 faiz artıb
BYD şirkətinin 2025-ci ilin ilk iki ayında satışı ötən ilin eyni dövrünə nisbətən 93 faiz artaraq 623 min 300 ədəd təşkil edib.
BYD bazar dəyərinə görə hələ də Tesla-dan geri qalır. ABŞ-da yerləşən Tesla-nın bu il səhmlərinin 38 faiz ucuzlaşmasına baxmayaraq, bazar dəyəri 800 milyard dollardır. BYD-nin bazar dəyəri təxminən 157 milyard dollardır.
BYD hələ də ABŞ-da minik avtomobillərini satmır, çünki Çin istehsalı olan avtomobillərə tətbiq edilən yüksək gömrük tarifləri mövcuddur. Lakin şirkət Avropada, Sinqapur və Tayland kimi Asiya bazarlarında, eləcə də Avstraliyada böyük irəliləyişlər qeyd edib.
Tesla-nın Çində satışı isə ardıcıl beşinci aydır azalır.
BYD-nin sədri və təsisçisi Vanq Çuanfu (Wang Chuanfu) verdiyi açıqlamada, şirkətin Çindən kənarda müvəffəqiyyətli olmaq məqsədi də daxil olmaqla məhsulun rəqabət qabiliyyətini artırmaqla yanaşı tədqiqat və inkişafı artırmağı planlaşdırdığını söylədi.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 17 d. əvvəl
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 4 saat əvvəl
-
4 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

"Ramada Plaza Gəncə" fəaliyyətini yenidən bərpa edir

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
