Ötən il özəlləşdirmədən dövlət büdcəsinə 108,9 milyon manat vəsait ödənilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər davam etdirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, 2024-cü ildə 45 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi və 589 nəqliyyat vasitəsi özəlləşdirilib. Ötən il ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 402 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 56 onlayn qoşulma reallaşıb.
Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən il ərzində “Bakı Alüminium Profil” MMC və “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus payları, uşaq bezi və salfet kağızı istehsalı müəssisənin (əmlak kompleksi kimi) və “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus 30 faizlik qalıq səhm zərfi investisiya müsabiqəsinə çıxarılaraq özəlləşdirilib. Sözügedən müsabiqələrin qalibləri tərəfindən götürülmüş öhdəliklərə əsasən, dövlət büdcəsinə ümumilikdə 28,45 milyon manat vəsaitin ödənilməsi, müəssisələrə 27,25 milyon manat investisiya yatırılması və 280 iş yerinin yaradılması planlaşdırılır.
Əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla 2024-cü il ərzində müəssisələrə 4,6 milyon manata yaxın investisiya yatırılıb, dövlət büdcəsinə 3,1 milyon manat ödənilib.
2024-cü ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 108,9 milyon manat təşkil edib və illik proqnoz 103.7% icra olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





