Azərbaycanın rəsmi qurumu “Temu” ilə danışdı - "Şikayətləri sürətlə araşdırıb, həll edin"
“Temu” şikayətlərin operativ və obyektiv araşdırılması üçün xüsusi koordinator müəyyən edəcəyinə söz verib.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin ən böyük elektron satış platformalarından olan “Temu” rəsmiləri arasında görüş keçirilib.
İKTA-dan Marja-ya bildirilib ki, görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının artması və narazılığının tez bir zamanda araşdırılaraq aradan qaldırılması üçün zəruri addımlardan danışılıb.
Həmçinin İKTA və “Temu” arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.
Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır. Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.
Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
Görüşdə, həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.
“Temu” rəsmiləri, eyni zamanda İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İKTA vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib. Bu məqsədlə müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılıb və nöqsanların qısa zamanda aradan qaldırılması tələb edilib.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
7 d. əvvəl
Mərkəzi Bank: Bu il xam neftin orta qiymət 13,3 dollar azalıb
-
37 d. əvvəl
Şuşa Zəfər Muzeyinin layihə-smeta sənədlərini 1,1 milyon mnata İtaliya şirkəti hazırlayacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik və hibrid avtomobillərə güzəştlərin müddətinin uzadılması təklif edilir
-
1 saat əvvəl
Yeni inşa olunacaq gəmilər Xəzər dənizində marşrutlara buraxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yaxşı olardı ki, gəlir vergisi üçün güzəşt müddətinin uzadılmasına baxılsın”
-
2 saat əvvəl
TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb - MƏBLƏĞ
-
2 saat əvvəl
Bu ilin 1-ci yarısında Azərbaycan İsrailə 542,5 milyon dollar investisiya yatırıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Mərkəzi Bank: Bu il xam neftin orta qiymət 13,3 dollar azalıb

Azərbaycana göndərilən pul baratlarının həcmi azalıb

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb - MƏBLƏĞ
Ən çox oxunanlar

Azərbaycanın Tədiyə balansı kəsir ilə qalmaqda davam edib

Avronun qiyməti son 4 ilin rekord səviyyəsinə yüksəlib

Qlobal birjalarda SON VƏZİYYƏT

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı
