Sığortalanan əkinlərin sahəsində 6% artım qeydə alınıb
Aqrar Sığorta Fondu 2024-cü ilin nəticələrini açıqlayıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə ölkə ərazisində sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb. 2023-cü illə müqayisədə sığortalanan əkinlərin sahəsində 25 min hektar və ya 6% artım qeydə alınıb.
Qeyd edilib ki, aqrar sığorta ödənişlərinin artması, fermerlərin aqrar sığortaya inamının yüksəlməsi nəticəsində əkin sahələri və təsərrüfatların sığortalanmasına maraq da artmaqdadır. Belə ki, 2024-cü ildə ölkədə əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 56 662-yə yüksəlib. Bu, əvvəlki illə müqayisədə 6 min müqavilə və ya 11% artıqdır. Qeyd edək ki, 2022-ci ildə əkin sahələri üzrə 46 828 müqavilə, 2023-cü ildə isə 50 970 müqavilə bağlanılıb.
Ölkə üzrə ən çox sığortalanan buğda və arpa sahələri olub. 2024-cü ilin sonuna olan vəziyyətə sığortalanmış payızlıq buğda sahələri 246 min hektar, payızlıq arpa sahələri 116 min hektar təşkil edib.
2024-cü ildə əkin sahələrinin sığortası üzrə 12,3 milyon manat aqrar sığorta haqqı toplanıb və bu əkinlərə ümumilikdə 513 milyon manat sığorta təminatı verilib.
Ötən il Aqrar Sığorta Fondu bəzi bitkiləri ilk dəfə olaraq sığortalayıb. Bunlar nektarin, qarpız, albalı, yemiş və tütün bitkiləridir. Qeyd edək ki, 2024-cü ildə qarpız sahəsinin sığortalanması ilə yanaşı, bu əkin sahəsində baş vermiş hadisə ilə əlaqədar olaraq böyük məbləğdə – 94 500 manatlıq sığorta ödənişi həyata keçirilib.
2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən 3 276 baş iribuynuzlu mal-qara sığortalanıb. Bu müqavilələr üzrə 1,9 milyon manat sığorta haqqı toplanıb və sığortalanan heyvandarlıq təsərrüfatlarına 20 milyon manat məbləğində sığorta təminatı verilib.
Aqrar sığorta məhsulları, məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından və ya 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 13 d. əvvəl
- 30 d. əvvəl
-
32 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 34 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi




















