MrBeast, Despacito-nu "taxtdan salıb"
Youtube platformasının ən çox bəyənilən videosunda yeni rekord.Youtuber Jimmy MrBeast Donaldson siyahısına yeni rekord əlavə edib.
Marja.azxəbər verir ki, MrBeast, "Youtube platformasındın ən çox bəyənilən videosu adını" Luis Fonsi və Daddy Yankee-nin mahnısı Despacito-dan alıb.
Onun, 2022-ci ilin dekabrında paylaşdığı "Bir baget üçün Parisə uçarsınızmı?" (Would You Fly To Paris For A Baguette?) adlı YouTube qısa videosu 1,4 milyard baxış və 54,77 milyon bəyənmə ilə birinci yerə çıxıb. Qeyd edək ki, baget fransız çörəyidir.
Sözügedən videoda MrBeast bir neçə nəfərə təzə fransız bagetini alıb gətirmək müqabilində səyahət də daxil olmaqla 300 dollar təklif edib. Bir iştirakçı təklifi qəbul edib və dərhal Parisə uçub və MrBeast üçün ən yaxşı bagetlərdən birini almaq üçün səyahətə çıxıb. MrBeast yalnız bir baget istəsə də, iştirakçı 12 baget sifariş edib. İştirakçı bagetləri aldıqdan sonra Şimali Karolinaya qayıdıb və MrBeast ilə görüşüb. Youtuber çatdırılmanı uğurla başa vuran iştirakçıya pul bağışlayıb.
Despacito-nu geridə qoyaraq ən çox bəyənilən video olub
Bu YouTube Short, Luis Fonsi və Daddy Yankee-nin "Despacito" (54,45 milyon bəyənmə) və Pinkfong-un "Baby Shark Dance" (44,91 milyon bəyənmə) kimi əfsanəvi videolarını geridə qoyaraq platformanın ən çox bəyənilən videosu olub.
MrBeast 2024-cü ilə qədər hər il 85 milyon dollar qazanaraq YouTube-un ən çox qazanan məzmun yaradıcısı olub. Lakin bu ilin fevralında YouTuber-in əsas kanalından aylıq gəliri sızdırılıb. Məlumata görə, o, yanvarın 20-dən fevralın 15-dək 4,2 milyon dollar qazanıb. MrBeast bu rəqəmləri təsdiqləməsə də, komandasının üzvü bu məlumatın həqiqətə olduqca yaxın olduğunu bildirib.
YouTuber təkcə videoları ilə deyil, iş dünyasında da ciddi uğurlar qazanıb. O, Feastables, MrBeast Burger və Lunchly kimi brendlərlə sahibkarlıq fəaliyyətini davam etdirir. Bundan əlavə, o, Prime-də Beast Games-ə ev sahibliyi edərək gəlirini artırmağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 36 d. əvvəl
- 48 d. əvvəl
- 54 d. əvvəl
-
57 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb















.jpg)







