"Cavid Qurbanovun tikinti şirkəti yoxdur ki, ev tikdirib hədiyyə etsin”
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlamasına dair məlumatlar yayılıb.
Bəzi KİV-lərin yaydığı xəbərdə iddia edilir ki, ADY sədri bu ilin iyul ayında mətbuat işçiləri üçün tikilmiş binadan mənzil ala bilməyən bir qrup jurnalisti mükafatlandırıb. O da qeyd edilir ki, Cavid Quranovun mənzil bağışladığı jurnalistlər onunla eyni rayondan olanlardı.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumatı cəfəngiyyat adlandırıb.
“Cavid müəllim özü də yazılanlardan narahatdır. Onun dediyi kimi, jurnalistlərə mənzili cənab prezident bağışlayır. Cavid Qurbanovun tikinti şirkəti yoxdur ki, ev tikdirib hədiyyə etsin”.
Jurnalistlərin guya kəlbəcərli olmasına gəlincə, qurum rəsmisi bunları deyib:
“Mətbuatda kəlbəcərli jurnalistlərin sayı onlarladır. Onların hamısına necə mənzil hədiyyə etmək olar? Axı bu hansı məntiqə söykənir? Tamamilə yanlış məlumatlardır”.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
36 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















