Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib
“Ookla” şirkətinin yaratdığı “Speedtest” xidməti ölkələr və ayrıca şəhərlər üzrə internetin orta sürətinə görə reytinqini açıqlayıb. Hər iki halda mobil və stasionar internet nəzərə alınıb. Məlumata görə, Azərbaycan yanvar ayında mobil internetin sürətinə görə (70,65 Mbit/s) bir pillə irəliləyərək 104 ölkə arasında 54-cü yerdə qərarlaşıb.
Bobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri tutub (545,94 Mbit/s). Digər zəngin ərəb ölkələri, həmçinin Bolqarıstan, Braziliya, Gürcüstan və Cənubi Koreya da ilk yerləri tutub. Qərbi Avropa ölkələri arasında ilk onluğa yalnız Danimarka düşüb. Son yeri 1.88 Mbit/s sürətlə Eritreya tutub.
Azərbaycan 2025-ci ilin yanvarında sürətli internet göstəricisinə görə 152 ölkə arasında 90-cı yerdə qərarlaşmışdı. Cari ilin yanvar ayında Azərbaycanda internetin orta sürəti ötən ilin analoji dövrü ilə müqayisədə 90 faiz artaraq 35.25 Mbit/s təşkil edib.
Genişzolaqlı internet sürətinə görə birinci yeri 336,45 Mbit/s nəticə ilə Sinqapur, sonuncu yeri isə 3,04 Mbit/s sürətlə Kuba tutub.
Cari ilin yanvarında Bakı genişzolaqlı internet sürətinə görə 198 şəhər arasında 67.75 Mbit/s sürətlə 115-ci yeri, mobil internetin sürətinə görə isə 85.08 Mbit/s nəticə ilə 152 şəhər arasında 80-ci yeri tutub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








