"NEQSOL Holding" Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında - 171,1 MİLYON MANATLIQ VERGİ ÖDƏNİŞLƏRİ
NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər 2024-cü ildə Azərbaycanda 171,1 milyon AZN məbləğində vergi ödənişləri həyata keçirib.NEQSOL Holding-in tərkibində olan dörd şirkət Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısına daxil olub. Qeyd edilən siyahı Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
Holdinqdən MArja-ya verilən məlimatda bildirilir ki, ümumilikdə, NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər 2024-cü ildə Azərbaycanda 171,1 milyon AZN məbləğində vergi ödənişləri həyata keçirib. Beləliklə, NEQSOL Holding ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdən biri olub.
Holdinqin tərkibində ən iri vergi ödəyiciləri sırasında Norm, Bakcell, Azerconnect Group, Nobel Energy Group (Global Energy Solutions və s.) və digər şirkətlər yer tutur.
“İri vergi ödənişləri ilə yanaşı, NEQSOL Holding həmçinin dayanıqlı biznes strategiyaları, davamlı sərmayələri, iş yerlərinin yaradılması və cəmiyyətin rifahına yönəlmiş sosial təşəbbüsləri ilə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bu sahələrdə nailiyyətlər NEQSOL Holding-in şəffaflığa, iqtisadi inkişafa və korporativ sosial məsuliyyətə sadiqliyini bir daha əks etdirir” - NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycanda biznesinin inkişafına xüsusi diqqət yetirir. Gələcəkdə də fəaliyyətini gənişləndirərək, NEQSOL Holding Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verməyə davam edəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 53 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)





.jpg)


.jpg)








