Cybertruck analizi: Ən təhlükəli avtomobil Ford Pinto-dan 17 dəfə daha təhlükəlidir
Teslanın mübahisəli elektrik yük maşını Cybertruck, təhlükəsizliklə bağlı narahatlıqları artırmağa davam edir. Son araşdırmalar göstərib ki, avtomobil yanğın təhlükəsizliyi baxımından avtomobil tarixinin ən uğursuz modellərindən biri olan Ford Pinto-dan belə daha təhlükəli ola bilər. FuelArc-ın təhlilinə görə, Cybertruck yanğınlarında ölüm Pinto yanğınlarındakı ölümdən 17 dəfə çoxdur.Tesla-nın mübahisəli elektrik yük maşını Cybertruck-ın, avtomobil tarixinin ən təhlükəli avtomobillərindən biri kimi tanınan Ford Pinto-dan daha təhlükəli olduğu müəyyən edilib.
Marja xəbər verir ki, müstəqil avtomobil bloqu "FuelArc" tərəfindən aparılan araşdırmaya görə, Cybertruck-dəki yanğınlarda ölümlər Ford Pinto-da baş vermiş yanğınlardakı ölümlərdən 17 dəfə çoxdur.
"FuelArc" bu qənaətə satış həcmini və yanğından ölənlərin sayını müqayisə edərək gəlib. Pinto cəmi 3 milyon 173 min 491 ədəd satdığı halda, Cybertruck-dan indiyə qədər 34 min 438 ədəd satıldığı təxmin edilir. Pinto-nun səbəb olduğu yanğın nəticəsində ölənlərin sayı 27 nəfər olub, Cybertruck-da ən azı 5 ölüm olduğu bildirilib. Bu məlumatlara görə, Cybertruck hər 100 000 avtomobilə 14,52, Ford Pinto isə 0,85 yanğın ölüm nisbətinə malikdir.
Analitiklər Cybertruck istifadəçilərinə təhlükəsizlik xəbərdarlığı edir
"FuelArc" şirkətinin analitiki Cybertruck sahiblərinə təcili qapı kilidlərinin harada yerləşdiyini və necə işlədiyini öyrənməyi tövsiyə edib. O, həmçinin vurğulayıb ki, avtomobildə olan arxa oturacaq sərnişinləri də bu məsələ ilə bağlı məlumatlandırılmalıdır.
Bununla belə, bildirilir ki, Tesla Cybertruck satış məlumatlarını ictimaiyyətə açıqlamaqdan yayınır, ona görə də təhlildə istifadə edilən rəqəmlər təxminidir.
Təhlükəsizlik testlərində uğursuz olub
Teslanın təhlükəsizliklə bağlı şəffaflığın olmaması da tənqidlərə səbəb olub. Təxminən 3 ton ağırlığında olan Cybertruck-un ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən müstəqil qəza sınaqlarından keçmədiyi və Teslanın öz daxili test məlumatlarını açıqlamaqdan imtina etdiyi ortaya çıxıb.
Bu vəziyyət təkcə Cybertruck sürücülərinin deyil, həm də digər sürücülərin və piyadaların təhlükəsizliyi üçün böyük risk yaradır.
Avropada qadağan edilə bilər
Avropa Birliyinin təhlükəsizlik agentlikləri avtomobilin Avropa küçələrinə çıxmasını qadağan etmək üçün çalışır.
Lakin Şimali Amerikada on minlərlə Cybertruck hələ də yoldadır və ciddi təhlükəsizlik riskləri yaradır. Bildirilir ki, şirkət təhlükəsizlik nöqsanlarını aradan qaldırmasa, Cybertruck gələcəkdə istehsalı dayandırıla biləcək avtomobillər arasında ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
15 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul













.jpg)










