Beynəlxalq agentlik Azərbaycanın bank sektorunun riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib
Beynəlxalq reytinq agentliyi S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Agentlik sahə riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib.
S&P analitiklərinin fikrincə, bu müsbət tendensiya, ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə, Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək.
2025-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ildə bank sektorunun kredit portfeli 18,7% artıb, aktivlərdə kreditlərin payı isə 44,4%-dən 48,9%-ə yüksəlib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6% artaraq 46,3 milyard manata çatıb.
2024-cü ilin yekunlarına görə, sektorun xalis mənfəəti 1,4 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3% azdır. Ötən il bankların əməliyyat gəlirləri 17% artaraq 5,6 milyard manata, əməliyyat xərcləri isə 25,6% artaraq 3,9 milyard manata çatıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 46 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)












