Coca-Cola-nın Avropadakı içkiləri geri cağırıldı
Coca-Cola-nın bəzi Avropa ölkələrində satılan və tərkibində yüksək miqdarda xloratın aşkar edildiyi içkiləri geri çağırılıb.
Marja.az xəbər verir ki, Belçika Federal Qida Təhlükəsizliyi Agentliyi (FASFC), "Coca-Cola Europacific Partners Belgium" tərəfindən istehsal olunan müxtəlif məhsulların həddindən artıq xlorat səviyyəsinə görə geri çağırılmasına qərar verdiyini açıqlayıb.
Açıqlamada, istehsal kodları 328 GE ilə 338 GE arasında olan Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid plastik və şüşə butulkalardakı içkilərin geri çağırıldığı bildirilib.
Açıqlamada istehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib və məhsulların satış nöqtələrinə qaytarıla biləcəkləri qeyd edilib.
Belçika mətbuatının yazdığına görə, geri çağırılmağa başlayan Coca-Cola məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal edilib.
Məhsullar Belçikadan başqa Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.
Xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrin istifadəsi nəticəsində yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























