“Şəmkir Səbəti” istifadəyə verilib
“Şəmkir Səbəti” ticarət mərkəzi istifadəyə verilib.
Şəmkir rayonunun Çinarlı bələdiyyəsinin “Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis etdiyi “Şəmkir Səbəti” kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.
“Şəmkir Səbəti” ticarət mərkəzi tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 391-ci kilometrliyində müəssisəyə məxsus olan 5 hektar torpaq sahəsində əhalinin kənd təsərrüfatı məhsullarına və ərzaq məhsullarına olan təlabatını ödəmək üçün milli memarlıq ənənələrinə uyğun olaraq 147 ədəd ağac konstruksiyasından ibarət butiklər, sahəsi 7000 kvadrat metrə yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr, sahəsi 500 kvadrat metrdən ibarət “Ailəvi istirahət” yeməkxana binası, sahəsi 2000 kvadrat metrdən ibarət müasir dizaynla “Super market”, 5 ədəd soyuducu anbarlar inşa olunub. Əraziyə içməli və suvarma su xətti çəkilib.
“Şəmkir Səbəti” ticarət mərkəzində daimi 350, mövsümü olaraq 500 nəfərədək iş yeri yaradılıb.
Eyni zamanda, “Şəmkir Səbəti” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən “Şəmkir Səbəti Supermarket”i də istifadəyə verilib. İstəyənlər buradan məşhur Şəmkir səbətini də sifariş verə bilərlər.
© Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)






