Azərbaycanda yumurta qıtlığı varmı?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası: Məhz məhsul bolluğuna görə maya dəyəri 12-14 qəpik olan yumurtanın qiyməti 8-9 qəpiyə qədər ucuzlaşıb: İstehsal tələbatdan yüksək olduğu üçün reallaşdırılmasında çətinliklər var. Heç bir kütləvi tələfat halı qeydə alınmazsa, mövcud istehsal gücləri ilə 2025-ci il ərzində hər hansı yumurta qıtlığı və ya bahalaşma gözlənilmirSon günlər bəzi mənbələrdə Bakı şəhərində yumurta qıtlığının yaranmasına dair məlumatlar yayılır. Bir çox hallarda bu məlumatlar konkret bir vaxtda bir marketdə yumurtanın olmaması faktına əsaslanır.
Marja xəbər verir ki, bu, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İctimaiyyətlə əlaqələr və analitika departamentinin məlumatında bildirilir.
"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bildiririk ki, hansısa bir marketdə müəyyən vaxtda yumurtanın olmaması qıtlıqdan xəbər vermir. Son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib. Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə, marketlərdəki yumurtalar sürətlə satılıb, yerinə təzə məhsul gətirilənə qədər olan qısa müddətdə satışda yumurta olmayıb.
Bildiririk ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 40-50 milyon ədədə qədər yumurta var. Bu bolluğun nəticəsidir ki, son həftələrdə qiymətlər 13-14 qəpikdən 8-9 qəpiyə qədər ucuzlaşıb. Halbuki ötən ilin bu vaxtında qiymətlər 15-16 qəpik idi.
Məhz məhsul bolluğuna görə maya dəyəri 12-14 qəpik olan yumurtanın qiyməti 8-9 qəpiyə qədər ucuzlaşıb: İstehsal tələbatdan yüksək olduğu üçün reallaşdırılmasında çətinliklər var.
APEPEA olaraq bəyan edirik ki, heç bir kütləvi tələfat halı qeydə alınmazsa, mövcud istehsal gücləri ilə 2025-ci il ərzində hər hansı yumurta qıtlığı və ya bahalaşma gözlənilmir", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






