Azərbaycana 1.3 milyona yaxın smartfon idxal edilib
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 365 milyon 187 min ABŞ dolları dəyərində 1 milyon 293 min 64 ədəd smartfon idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 13.3% və ya 151 min 716 ədəd, dəyər baxımından isə 20.2% və ya 61.4 milyon ABŞ dolları çoxdur. Belə ki, 2023-cü ilin ilk 11 ayı ərzində ölkəyə 266 milyon 929 min dollar dəyərində 1 milyon 141 min 348 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 480 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 452.5 manat idi.
Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (1 018 776 ədəd), Vyetnamdan (200 920 ədəd), Hindistandan (68 798 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 225 ədəd ) gətirilib. Bu məhsul Çindən 455 manata, Vyetnamdan 596 manata, Hindistandan 425.7 manata, Amerika Birləşmiş Ştatlarından isə 1925 manata idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 210.5 min ABŞ dolları dəyərində 1098 ədəd smartfon ixrac edilib. İsveçrə (18 ədəd), Çexiya (505 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 326 manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)








.jpg)








