Sabah Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin ilk faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankının 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə görə, cari ilin ilk faiz qərarı 22 yanvar 2025-ci il tarixində açıqlanacaq.
Marja.az xəbər verir ki, qərarın sabah Bakı vaxtı ilə saat 10:00-da elan ediləcəyi gözlənilir. Saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı başlayacaq.
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 22 yanvar 2025-ci il tarixində saat 10:00-da yayımlanacaqdır. Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəkdir", - Mərkəzi Bankın məlumatında bildirilir.
18 dekabr 2024-cü il tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Mərkəzi Bank bildirib ki, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank davamlı olaraq iqtisadi prosesləri təhlil edir və maliyyə bazarlarını izləyir. Mərkəzi Bank əsas mandatından irəli gələrək qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməkdə qərarlıdır.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,3 faiz təşkil edib. İnflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilində (2 - 6 faiz aralığında) olduğundan sabah da faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
43 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 46 d. əvvəl
-
55 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
58 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















