Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10-cu filialını açdı
Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə Naxçıvan şəhərində yeni, 10-cu filialını müştərilərin istifadəsinə təqdim edib.
Filial açılışından öncə Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındaki Baş Konsolu Asip Kaya və Bank rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramla onu yad ediblər. Heydər Əliyev adına olan muzeyi ziyarət edən Bank nümayəndələri, T.C. “Ziraat Bankası”-nın Naxçıvan şəhərində nümayəndəliyin açılışı ilə bağlı 33 il öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yazılan təbrik mətni ilə tanış olublar.
Filialın təntənəli açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasında Baş Konsolu Asip Kaya, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Elvin Əlimərdanov, Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova, Sahibkarlığın İnkişafı fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, Azərbaycan Respublikası Naxçıvan İpoteka Fondunun İdarə Heyətinin sədri Yalçın Vəliyev, digər rəsmilər və dövlət xadimləri Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir ilə birlikdə rəmzi qırmızı lenti kəsərək bankın Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim ediblər.
Təntənəli açılış tədbirində Baş Konsul çıxış edərək Ziraat Bank Azərbaycanın Naxçıvan Muxtar Respublikasında filial açmasının Türkiyə-Azərbaycan ticari və iqtisadi münasibətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğulayıb.
Bankın sədri Dr. Selçuk Demir öz çıxışında Naxçıvan filialının açılışında iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.
Filialın açılışında iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli adından hər kəsi salamlayaraq, Ziraat Bank Azərbaycanın əsas səhmdarı olan T.C. “Ziraat Bankası”-nın Türkiyənin ən önəmli banklarından biri olduğunu vurğulayaraq, Naxçıvanda bu filialın uğur qazanacağına inandığını bildirib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov öz çıxışında Ziraat Bank Azərbaycanın Naxçıvanda filial açmasının bank sektorunda rəqabətliliyin artmasına və inkişafına töhfə verəcəyini vurğulayıb. Ziraat Bank Azərbaycanın sədri Dr. Selçuk Demir, öz müsahibəsində dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycanın Naxçıvan Muxtar Respublikasında filial açmasında xarici ticarət əməliyyatlarında sahibkarla dəstək olmaqla yanaşı, real sektorun inkişafına böyük rol oynayacağına inandığını vurğulayıb.
Filialın önündə rəmzi qırmızı lenti kəsən rəsmilər, Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim ediblər. Qeyd edək ki, filialın açılış tədbirində rəsmilərlə yanaşı bir çox sahibkarlar da iştirak ediblər.
Filial açılışından sonra Naxçıvanda Ziraat Bank Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Ziraat Bank Azərbaycanın İdarə Heyətinin üzvü və Satış qrupunun koordinatoru Ömer Yılmaz və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov imzalayıblar. Müqaviləyə əsasən Ziraat Bank Azərbaycan Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri ilə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstək olacaq.
Qeyd edək ki, Ziraat Bank Azərbaycanın Naxçıvan filialı Atatürk küç. ev 9 ünvanında yerləşir və həftəiçi 9:00- 17:00 saat aralığında müştərilərinə xidmət göstərir.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
-
4 saat əvvəl
SOCAR və “Wood” əlavə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər
-
4 saat əvvəl
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
6 saat əvvəl
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
-
6 saat əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI




















