Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 3,6 faiz artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ildə 11268 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb. Bu göstərici 2023-cü illə müqayisədə 3,6 faiz çoxdur.
Mülkiyyət hüquqları qeydiyyata alınmış əmlaklardan 4829-u torpaq sahəsi, 3985-i fərdi yaşayış, 2-si bağ evi, 1779-u mənzil, 193-ü qeyri yaşayış binası, 449-u qeyri-yaşayış sahəsi, 1-i çoxmərtəbəli yaşayış binası, 30-u əmlak kompleksidir.
Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən muxtar respublika büdcəsinə daxilolmalar 11,7% artaraq 1,2 milyon manatdan çox olub.
Hərrac və müsabiqələrdən büdcəyə daxilolmalar 4 dəfə artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 2024-cü ildə 149 əmlak üzrə hərrac və müsabiqələr keçirilib.
2024-cü il ərzində dövlət əmlakının satışı üzrə keçirilən hərraclardan muxtar respublika büdcəsinə daxilolmalar 2023-cü illə müqayisədə 4 dəfə artaraq 1,4 milyon manat, bələdiyyə torpaqlarının satışı üzrə daxilolmalar isə 87,8 faiz artaraq 409,7 min manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
-
25 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
28 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 53 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
15 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!


























