Azərbaycan şirkəti məhdudiyyətsiz üzmə imkanlarına malik tankeri donanmasına daxil edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin istismarında olan məhdudiyyətsiz üzmə imkanlarına malik “Aframax” tipli növbəti tankeri donanmasına daxil edib.
ASCO-dan bildirilib ki, tankerin təhvil-təslimi ilə bağlı ASCO və “Capital Maritime and Trading Corp” şirkətinin nümayəndələri arasında müvafiq sənədlər imzalanıb.
Yeni qəbul edilən tankerin yükgötürmə qabiliyyəti (dedveyti) 115,500 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,2 metrdir. Sürəti 16 uzelə çatan gəmi neft və neft məhsullarının təhlükəsiz və səmərəli daşınmasını təmin etmək üçün ən son standartlara uyğun tikilib. Tanker ekoloji baxımdan beynəlxalq tələblərə cavab verir, yanacaq sərfiyyatında qənaətcildir və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilib. Tankerin alınması layihəsi ASCO-nun mənfəəti, şirkətin yerli bazarda buraxdığı istiqrazlardan əldə olunmuş vəsait və yerli banklardan cəlb edilmiş kredit hesabına maliyyələşdirilib.
Qeyd edək ki, bu gəmi müqavilə əsasında 3 illik müddətə Braziliyanın milli neft-qaz şirkəti olan “Petrobras”a taym-çarterə verilib. Beləliklə, onun həmin dövrdə istismarı təmin edilib. Təhvil-təslimdən sonra tanker ilk yükünü Braziliyadan Sinqapur və Malayziyaya çatdırıb. Yaxın günlərdə onun Malayziyadan Səudiyyə Ərəbistanına doğru növbəti səfəri planlaşdırılır.
2023-cü ildən indiyədək beynəlxalq sularda 5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən 4-ü ASCO və SOCAR tərəfindən yaradılan Birgə Müəssisə tərəfindən alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
-
25 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
28 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 53 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
15 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!


























