AAAF Park-ın mənzil qiyməti müzakirələrə səbəb oldu
AAAF Park Yaşayış Kompleksi hər il olduğu kimi bu dəfə də Qurban bayramı münasibətilə kampaniya elan edib.
"Marja" xəbər verir ki, yalnız 10 gün ərzində yararlana biləcəyiniz kampaniyada deyilən qiymət diqqəti cəlb edir.
"Şərtlər isə çox sadədir: 1-10 sentyabr tarixlərində AAAF Parkdan mənzil almaq istəyən istənilən Azərbaycan vətəndaşı şirkət tarixinin ən ucuz qiyməti – 1m2 üçün cəmi 350 manat ödəyəcək", - AAAF Park bildirir.
AAAFParkdan bu da bildirilib ki, nağd satşla 1 kv.m-in qiyməti 350 mantdan hesablanır. Bina 18- 24 ay müddətində təhvil veriləcəkdir. Kreditlə ilkin ödəniş 20%, 1 kv.m qiyməti isə; 10 il üçün - 950 AZN, 5 il üçün - 750 AZN, 3 il müddətində isə 650 AZN - dən hesablanır.
Bir çoxları bu təklifin mənzilin maya dəyərindən də aşağı olduğunu bildirir. İddia olunur ki, şirkət bu qədər ucuz qiymətə mənzil satarsa müflis ola bilər və ya təklif edilən mənzillərin çatışmazlığı çoxdur.
"AAAF Park Yaşayış Kompleksi fəaliyyət göstərdiyi müddət ərzində əhalinin maddi durumunu nəzərə alaraq bir çox sosial kampaniyaları həyata keçirib və hər zaman tikinti sektorunda yenilikləri ilə ilk olmağı bacarıb. Bu, çox sərfəli qiymətə ən müasir yaşayış komplekslərindən olan AAAF Parkdan mənzil almaq istəyənlər üçün əla şansdır! Yalnız şəxsiyyət vəsiqəsilə, heç bir əlavə faiz ödəmədən, banka getmədən ev sahibi olmaq imkanınız var!",- şirkətin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 d. əvvəl
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
-
-
16 d. əvvəl
“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
-
47 d. əvvəl
Tramp: İranın raket və hərbi infrastrukturunun böyük hissəsi məhv edilib
- 51 d. əvvəl
-
1 saat əvvəl
Sığorta şirkəti 2025-ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub
-
14 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Bank of Baku-da maliyyə savadlılığı günü
Ən çox oxunanlar
Expressbankdan bayram təklifi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb



















