"BakıKart"dakı boşluqların aradan qaldırılmasına "Kapital Bank"ın komandası da cəlb olunub
İctimai nəqliyyatda gediş haqqının (“BakıKart”ın QR ödənişləri - red) həm "Birbank" mobil tətbiqi, həm də "Kapital Bank"a məxsus "PAŞA Pey" şirkətinin "m10" tətbiqi vasitəsilə ödənilməsi mümkündür.
Marja xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, "BakıKart"dakı boşluqların və sualların aradan qaldırılması üçün "Kapital Bank"ın komandası “BakıKart”ın komandası ilə birgə çalışır:
"Çox təəssüf ki, "BakıKart" ilə bağlı müəyyən suallar var. Bizim birgə komandamız bu məsələləri həll etmək üçün çalışır. Bu gün istifadə müddəti 1 dəqiqədir. Biz fikirləşirik ki, bu müddəti hansı formada dəyişə bilərik - həm müştəri ilə hesablaşma düzgün olsun, həm də texnoloji olaraq düzgün istifadə olunsun".
Qeyd edək ki, "m10" tətbiqi ilə yaradılan “BakıKart”ın QR kodu ilə metroda bir neçə turniketdən keçmək mümkün idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























