"Grand Agro" şirkəti “Dayaq” mükafatına layiq görüldü
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə "Grand Agro" MMC, 2024-cü il üzrə “Fəal ixracatçı şirkət” nominasiyasında “Dayaq” mükafatına layiq görülmüşdür.
Mükafatı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqdim etmişdir.
Şirkətin satış şöbəsinin bu uğura töhfəsi xüsusi qeyd edilmişdir.
“Grand Agro” istehsal etdiyi “Olivea Extra Virgin Olive Oil” məhsulu ilə uğurlu ixrac nümunəsi olaraq seçilir. Şirkət zeytun və badam bağlarının sahibidir və yaxın illərdə ərazinin 5000 hektara çatdırılması planlaşdırılır.
2022-2024-cü illər ərzində “Olivea” zeytun yağları Sinqapur, İspaniya, Gürcüstan, BƏƏ, Türkiyə, İsrail, Belarus və Rusiya kimi ölkələrə ixrac edilmişdir. Rusiya bazarında “X5 Group” və “Lenta” kimi iri şəbəkələrdə məhsul 20 mindən çox satış nöqtəsində təqdim olunur.
"Grand Agro" MMC müasir yanaşması və genişlənən ixrac fəaliyyəti ilə Azərbaycanın kənd təsərrüfatı məhsullarını dünya bazarlarında uğurla təmsil etməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















