IIF: Qlobal iqtisadi artım 2025-ci ildə yavaşlayacaq
Beynəlxalq Maliyyə İnstitutu (IIF) gələn il qlobal iqtisadi artımın 2,7 faizədək azalacağı proqnozlaşdırıldığını bildirib.Beynəlxalq Maliyyə İnstitutu (IIF) Kapital Hərəkətləri Hesabatını dərc edib.
Marja xəbər verir ki, Hesabatda qlobal iqtisadi artımın 2024-cü ildəki 2,9 faizdən 2025-ci ildə 2,7 faizə düşəcəyi təxmin edildiyi bildirilir.
Hesabatda inkişaf etməkdə olan bazarlarda artımın 2024-cü ildəki 4 faizdən gələn il 3,8 faizə düşəcəyi gözlənildiyi və bu proqnozun ABŞ-da yeni administrasiyanın mümkün siyasətləri ilə bağlı gözləntiləri, o cümlədən ticarət siyasətləri, eləcə də daha geniş maliyyə və immiqrasiya tədbirləri ilə artan geosiyasi riskləri əks etdirdiyi qeyd edilib.
IIF-in hesabatında, Çinə zəif axının təsiri ilə inkişaf etməkdə olan bazarlara kapital axınının 2024-cü ildəki 944 milyard dollardan gələn il 716 milyard dollara qədər azalacağı təxmin edildiyi bildirilib.
Hesabatda, zəif proqnozun ticarət və geosiyasi gərginliklə bağlı artan qeyri-müəyyənliyi, Çinin daha yavaş böyüməsini və ABŞ Federal Ehtiyat Sisteminin (FED) gözləniləndən daha yavaş olan faiz endirimi dövrünü əks etdirdiyi qeyd edilib.
Vurğulanıb ki, 2025-ci il üçün gözlənilən yalnız iki faiz endirimi kapital axını üçün mühiti daha da çətinləşdirir və investorların riskli aktivlərə olan iştahını azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 56 d. əvvəl
-
-
3 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
Ən çox oxunanlar
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















