Bank Respublika irihəcmli kredit sazişi bağladı - MƏBLƏĞ
Bank Respublika sahibkarlığın dəstəklənməsi üçün EFSE-dən 21 milyon dollar məbləğində kredit cəlb edib.Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb.
Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya 21 milyon dollar məbləğində dörd il müddətinə kredit ayıracaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
“Bu saziş beynəlxalq maliyyə institutlarının həm “Bank Respublika”nın etibarlılığına, həm də ölkənin bank sisteminin dayanıqlılığına inamının növbəti mühüm göstəricisidir. Biz EFSE-dəki tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”– deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
“Bank Respublika ilə birlikdə sahibkarlar üçün effektiv maliyyə həlləri təqdim etmək üçün əməkdaşlığımızı dərinləşdiririk. Azərbaycan manatında verilən bu yeni kredit, yerli valyutada maliyyələşmənin əhəmiyyətini vurğulayır və bizneslərin davamlı inkişaf etməsinə, eyni zamanda valyuta risklərindən qorunmasına imkan yaradır,” — deyə EFSE İdarə Heyətinin sədri Andrea Hagmann bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




