Azərbaycanda iri bizneslərin kreditlərə tələbi cüzi artıb
Mərkəzi Bank tərəfindən 2024-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğunun nəticələrində sahələr üzrə, o cümlədən biznes kreditlərinin təhlili verilib.
Qeyd edilib ki 2024-cü ilin 3-cü rübündə sorğu nəticələrinə əsasən KOS (kiçik və orta sahibkarlıq) və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik müşahidə edilməsə də, mikro sahibkarlıq subyektləri üzrə kredit standartlarında yumşalma davam etmişdir. Banklar tərəfindən növbəti rübdə həm MKOS (mikro, kiçik və orta sahibkarl), həm də iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda dəyişiklik olmayacağı gözlənilir.
Sorğuda iştirak edən bankların cavablarına əsasən 2024-cü ilin III rübündə KOS subyektlərinə verilən kreditlər üzrə tələbdə dəyişiklik müşahidə edilməmiş, mikro sahibkarlıq subyektləri üzrə tələbdə isə qismən artım müşahidə edilmişdir. Nəticələrə əsasən iri sahibkarlıq subyektləri üzrə tələbdə cari ilin əvvəlki rübü ilə müqayisədə cüzi artım müşahidə edilmişdir. Banklar 2024-cü ilin növbəti rübündə ümumi biznes kreditləri, o cümlədən mikro sahibkarlıq subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər.
2024-cü ilin III rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, ümumi iqtisadi gözləntilər və bankın risk iştahası olmuşdur. Uçot faiz dərəcəsinə dair gözləntilər isə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)










