"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Xamiz Süleymanov “ATABank”da Depozitar bölmədə çalışdığını, Zahid Niftəliyevi tanımadığını bildirib. Qeyd edib ki, işi inkassasiya xidmətinin təşkil olunmasından ibarət olub, heç vaxt müştərilərlə əlaqəsi olmayıb:
"Krediti əməliyyat departamenti müştəriyə təyin edir. Bütün proses isə elektron formada təşkil olunur. Çalışdığımız yerdə ekranda göstərilirdi ki, məsələn, mərkəzi kassaya filan qədər pul köçürülməlidir. Biz də edirik. Həmin ekranda krediti götürən və ya pulu istəyən şəxslər barəsində məlumat əks olunmur. Zahid Niftəliyevə pul köçürülməsi ilə bağlı məlumatım olmayıb. Daha doğrusu, bu məlumat mənim səlahiyyətim daxilində olmayıb. Mən pulların daşınmasında iştirak etmişəm. Seyfi bağlayıb, axşam rəhbərlərə təhvil vermişəm. 1997-ci ildən bank bağlanana qədər “ATABank”da çalışmışam”.
Dövlət ittihamçısı bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda danışdıqları arasında ziddiyyət var.
Belə ki, şahid istintaqda bildirib ki, onun çalışdığı müəssəsədə iki fərqli otaqda seyflər olub - biri bankın rəsmi kassası imiş, digəri olan otağa isə işçilər daxil ola bilmirmiş. Həmin kassa mərhum vergilər naziri Fazil Məmmədov və onun müşaviri Mahir Rəfiyevin şəxsi seyfi olub. Mahir Rəfiyev isə şahidə güvəndiyi üçün həmin seyfin açarını ona verib:
"Bu seyfin bankın kassasına aidiyyəti olmayıb. Mən Mahir Rəfiyevin göstərişi ilə oradakı pulları lazımi şəxslərə çatdırmışam. Məbləğ barəsində məlumatlar onlarda olub".
Onun qardaşı, digər şahid Xəyyam Süleymanov isə bankda xəzindar kimi çalışdığını deyib. Bildirib ki, Zahid Nifətliyevi bir dəfə bankda görüb: "Böyük məbləğli müştərilər gələndə onları şəxsən görə bilirdik. Müştəri xidməti departamentində müştərinin istədiyi məbləğə uyğun qəbz hazırlanırdı. Əgər bankda kifayət qədər məbləğ yoxdursa, öncədən sifariş verilir. Belə qəbzlərdən biri də müştəri Zahid Niftəliyevdə olub. O, 2015-ci ildə qəbz ilə bizə yaxınlaşaraq 7 milyon manat məbləği istəyib. Özü şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, məbləği istəyib, sənədləri imzalayıb, biz də pulu təqdim etmişik. Mən onu yalnız bir dəfə görmüşəm".
Sədr bildirib ki, təqsirləndirilən şəxsə 7 milyon 350 min pul verilib. Lakin şahid yalnız 7 milyonu xatırladığını, qalanları xatırlamadığını deyib.
Təqsirləndirilən şəxsin 24 milyon 234 min pulu mənimsəməkdə ittiham olunduğu da qeyd olunub. Şahid bu barədə məlumatı olmadığını qeyd edib.
Zahid Niftəliyev şahidə onu həqiqətən görüb-görmədiyini soruşub: "Sənin vicdanın varsa, dürüst ol, məni görüb 7 milyon manat pul vermisən?"
Şahid isə dediklərini təsdiqləyərək bildirib ki, onu görüb və həmin məbləği ona təqdim edib.
Zahid Niftəliyev isə bildirib ki, o, ümumiyyətlə, kassanın harada yerləşdiyini bilmir: "Sənin balaların var, danışanda vicdanla danış. Allahın bilər, özün bilərsən"...
Digər şahidlərinin məhkəməyə gətirilməsi məqsədilə prosesin təxirə salınması istənilib.
Təqsirləndirilən şəxsin vəkili Əli Adıgözəlov isə Zahid Niftəliyevin səhhəti ilə bağlı əməliyyat keçirəcəyini bildirərək məhkəmədən vaxt istəyib.
Proses dekabrın 18-dək təxirə salınıb.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi










.jpg)







.jpg)
