Şəkər çuğundurunun istehsaında 31,5 faiz artım qeydə alınıb
2024-cü təsərrüfat ilində ölkədə şəkər çuğundurunun istehsalında ciddi artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-oktyabr ayları ərzində 164.5 min ton şəkər çuğunduru yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5% artıqdır.
Bu il Azərbaycanın 25 rayonunda şəkər çuğunduru əkilib. Ən çox əkinlər Hacıqabul (1328 ha), Tovuz (1223 ha) və Salyan (1030 ha) rayonlarında qeydə alınıb.
Hazırda sahələrdən şəkər çuğundurunun yığımı davam edir.
Noyabrın 20-nə olan operativ məlumata görə, şəkər çuğunduru üzrə orta məhsuldarlıq göstəricisi 400 sentner/hektardan artıqdır.
Ölkəmizdə şəkər çuğundurunun əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilmiş və tədarükçü şirkətə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə fermerə 19 manat məhsul subsidiyası ödəniləcək.
Müasir suvarma sistemi quraşdırılmayan sahələrdə becərilən şəkər çuğundurunun hər tonuna görə isə fermerlər 18 manat məhsul subsidiyası alacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir






















.jpg)
