“McDonald's” Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək
(®) 1999-cu ildə Fəvvarələr meydanında ilk “McDonald's” restoranının açılmasından artıq 25 il vaxt keçir.
Bu illər ərzində “McDonald's Azərbaycan” şəhər həyatının ayrılmaz hissəsinə, hər gün minlərlə insanın sevdiyi və ziyarət etdiyi bir məkana çevrilib.
Hazırda şəbəkə Azərbaycanın ən böyük şəhərlərində yüz minlərlə daimi qonağa xidmət göstərən 27 restoranı əhatə edir. Şirkətdə 2500-dən çox əməkdaş çalışır ki, onların hər biri qonaqlar üçün xoş və səmimi atmosferin yaradılmasına öz töhfəsini verir.
Yubiley ili şirkətin inkişafı və innovasiyaları üçün yeni səhifə açır. Qabaqcıl texnologiyaları tətbiq edən, hər il yüzlərlə yeni iş yeri yaradan və ölkənin müxtəlif bölgələrində mövcudluğunu genişləndirən “McDonald's” böyüməyə davam edir.
Bu 25 il təkcə uğur hekayəsi kimi deyil, həm də cəmiyyətə dəstək üçün əhəmiyyətli təşəbbüslər dövrü kimi yadda qalıb. “McDonald's” ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım məqsədilə həyata keçirilən sosial layihələrə xüsusi diqqət ayırır, həmçinin Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq çərçivəsində şəhid övladlarına dəstək layihələri həyata keçirir. Şirkət həmçinin ekoloji təşəbbüsləri fəal şəkildə dəstəkləyir və xüsusi ehtiyacları olan tələbələrə yardım göstərir, bununla da yüksək dəyərlərə sadiqliyini və Azərbaycanın gələcəyinə töhfə vermək əzmini nümayiş etdirir.
25 illik yubiley adi yubiley deyil, “McDonald's”ın azərbaycanlıların qəlbində qazandığı etimadin və hörmətin rəmzidir. Şirkət qonaqlara sevinc, keyfiyyət və unudulmaz təəssüratlar bəxş edərək, uzun illərə bəs edəcək xoş xatirələr yaradır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 15 saat sonra
-
- 11 saat sonra
-
5 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
6 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
6 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb















.jpg)




.jpg)

