Birbank Biznes-dən korporativ müştərilər üçün yeni loyallıq proqramı: Birbank Biznes bonusları
Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq və onlara daha yaxın olmaq məqsədilə yeni loyallıq proqramını təqdim edir. Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazanacaq və topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə biləcəklər.
Yeni loyallıq proqramının əsas xüsusiyyətləri:
Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə və valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandıracaq. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir.
Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə gələcək bankdaxili əməliyyatlarının komissiyalarını qismən və ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa və maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm də onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı yaradır.
Loyallığın artırılması: Bu proqram korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığı hədəfləyir. Belə ki, müştərilərin əməliyyatlarına əlavə fayda qataraq onlara bankın müxtəlif məhsul və xidmətlərindən daha geniş istifadə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız bir məhsul üzrə deyil, bir neçə məhsul üzrə də daha fəal və effektiv şəkildə fəaliyyət göstərərək bizneslərinə dəyər qata bilərlər.
Ətraflı məlumat üçün: https://kbl.az/bbpr
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
7 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 9 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı























