İqtisadi Şuranın növbəti iclası keçirildi
İşğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu müzakirə edilib.1 noyabr tarixində İqtisadi Şuranın növbəti iclası keçirilib.
Marja.az Nazirlət Kabinetinə itinadən xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi, ikinci məsələ kimi işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, Fondun inkişafının və dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə, investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması və üçüncü məsələdə əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, əmək və məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov da aqrar sığorta sistemi ilə bağlı çıxış edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







