Ən yuxarı (mobil)_30

Mərkəzi Bankın sədri İdarə Heyəti tərkibinin genişləndirilməsinə münasibət bildirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın sədri İdarə Heyəti tərkibinin genişləndirilməsinə münasibət bildirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 2 ildən çoxdur ki, məhdud tərkibdə - 3 nəfərlə fəaliyyət göstərir.

Bunu qurumun sədri Taleh Kazımov keçirdiyi brifinqdə, İH-nin tərkibinin genişləndirilməsinə münasibət açıqlayarkən bildirib.

"2024-cü ilin əvvəlində elan etdiyimiz strategiyanın həyata keçirilməsi üçün İdarə Heyətinin tərkibini genişləndirilməsi nəzərdə tutulub. Qarşımızda qoyulan hədəflərə nail olmaq üçün İH-nin üzvlərinin sayı daha 4 nəfər artırılır", - deyə o qeyd edib.

Qeyd edək ki, "Mərkəzi Bank haqqında" qanuna əsasən İdarə Heyətinin 7 üzvü olmalıdır.

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.

Bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələdə əksini tapıb.

Layihəyə əsasən, Toğrul Nəcəfli Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.

Eyni zamanda layihəyə əsasən, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunur.

© "Report" 

01.11.2024 12:13
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18