Gürcüstan Baş Prokurorluğu seçki saxtakarlığı iddialarına görə prezidenti dindirməyə çağırıb
Gürcüstan Prokurorluğu: Prezident Salome Zurabişvilinin "seçki saxtalaşdırılıb" bildirməsi üçün əlində "seçkilərdə mümkün saxtakarlığa dair sübutlar olmalıdır”.Gürcüstanın Baş Prokurorluğu seçki saxtakarlığı iddialarına görə, prezident Salome Zurabişvilini dindirməyə çağırıb.
Bu barədə qurumun bəyanatında bildirilib.
Bildirilib ki, Gürcüstanın Baş Prokurorluğu oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) müraciəti əsasında prezident, müxalif siyasi partiyalar və yerli müşahidəçilər tərəfindən son parlament seçkilərindən sonra seçki saxtakarlığı iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Prokurorluğun məlumatına görə, Prezident Salome Zurabişvili oktyabrın 31-də dindiriləcək.
“Prokurorluq MSK-nın tələbinə uyğun olaraq, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin qeyd etdiyi faktların araşdırılması üçün bütün zəruri istintaq və prosessual fəaliyyətləri həyata keçirəcək. Saxtakarlıq fəaliyyəti ilə bağlı məlumatı ola biləcək bütün maraqlı tərəflər istintaq çərçivəsində dindiriləcək”, - deyə Prokurorluğun məlumatında deyilir.
Gürcüstan Prokurorluğu parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı araşdırmaya başlayıb.
Prokurorluq qeyd edib ki, xanım Zurabişvilinin əlində "seçkilərdə mümkün saxtakarlığa dair sübutlar olmalıdır”.
Bundan əvvəl Gürcüstan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluqdan ittihamların əsaslılığını yoxlamağı xahiş etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi












.jpg)








