Ən yuxarı (mobil)-2_30

Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min ABŞ dolları dəyərində 22 min 204 ton kərə yağı idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 84.5% və ya 56 milyon 779 min ABŞ dolları, həcm baxımından isə 84.3% və ya 10 min 155 ton artıb. Belə ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycana 67 milyon 193 min ABŞ dolları dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.85% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.

Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 20.90 manat, yerli kərə yağının orta satış qiyməti isə 19.71 manat təşkil edib.

© APA

30.10.2024 12:27
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18