Naxçıvanın iqtisadiyyat nazirinin müavini Visa şirkətinin menecerini qəbul edib
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda səfərdə olan Visa şirkətinin Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Abbas İsmayılov nağdsız ödənişlərin dairəsinin və dövriyyəsinin artımına müsbət təsir göstərən amillərdən bəhs edərək vurğulayıb ki, Naxçıvanda cari ilin 9 ayında qeydiyyatdan keçmiş POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz, POS-terminallar üzrə dövriyyə 23,8 milyon manat və ya 41,6 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 309,5 milyon manat və ya 74,8 faiz artıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin geniş tətbiqi də nağdsız dövriyyələrin artımına müsbət təsir göstərib. Belə ki, 2024-cü ilin 9 ayında Naxçıvanda istehlakçılara qaytarılmış 1 milyon 37,2 min manat ƏDV məbləğinin 75 faizi və ya 778,6 min manatı nağdsız ödənişlər üzrədir.
Əlavə olaraq bildirilib ki, qeyri-dövlət sektorunda əmək müqavilələri və əməkhaqlarının ağardılması, nağdsız qaydada ödənişləri genişləndirilir.
Visa şirkətinin ölkə üzrə meneceri Nurlan Hacıyev şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əldə olunan təcrübələr haqqında məlumat verib.
Tərəflər müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, rəqəmsal ödənişlərdən istifadə, Naxçıvan Muxtar Respublikasında mövcud biznes mühiti və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 30 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















