STP Şirkətlər Ǫrupu Finlandiya şirkətilə yeni əməkdaşlığa start verdi
Elektrik enerjisinın istehlakı ən azı 80% azaldılır. STP Şirkətlər Ǫrupu Finlandiyanın işıqlandırma həlləri üzrə aparıcı təcizatçısı olan Greenled STP Şirkətlər Ǫrup daxilində olan şirkətlərin birində birgə istehsalı planlaşdırır.STP Şirkətlər Ǫrupu Finlandiyanın işıqlandırma həlləri üzrə aparıcı təcizatçısı olan Greenled şirkəti ilə strateji tərəfdaşlığa start verib.
STP-nin yaydığı məlumatda bildirilir ki, bu tərəfdaşlıq çərçivəsində, STP Şirkətlər Ǫrupunun tərkibində fəaliyyət göstərən STP Polymer şirkətində Greenled tərəfindən özünün istehsal etdiyi enerjiyə qənaət edən işıqlandırıcılar quraşdırılmışdır, bu da öz növbəsində ənənəvi işıqlandırma ilə müqayisədə elektrik enerjisinın istehlakını ən azı 80% azalmasına imkan yaradacaq.
Qeyd edilib ki, bu layihə STP Şirkətlər Ǫrupunun ESG (ətraf mühit, sosial və idarəetmə) siyasətinin həyata keçirilməsində atılmış mühüm addımdır. Şirkətin ekoloji təsirini azaltmaqla və xərclərə əhəmiyyətli dərəcədə qənaət etməklə bu tərəfdaşlıq kompleks optimallaşdırmadan xəbər verir. Bundan əlavə, hər iki tərəf, enerjiyə qənaət işıqlandırıcılarını STP Şirkətlər Ǫrup daxilində olan şirkətlərin birində istehsal etməyi planlaşdıraraq, gələcəkdə daha geniş əməkdaşlıq potensialını da araşdırır.
STP Şirkətlər Ǫrupunun Baş İcraçı Direktoru Hicran Valehov layihə ilə bağlı fikir bildirərək deyib:
"Greenled şirkəti ilə bu tərəfdaşlıq təkcə davamlı inkişafımızı əks etdirmir, həmçinin innovativ həllərin maliyyə və ekoloji faydalarını nümayiş etdirir. STP Polymer şirkətində elektrik istehlakımızı belə nəzərə çarpacaq dərəcədə azaltmaqla, biz sənayemizdə enerji səmərəliliyi üçün yeni standart müəyyən edirik. Eyni zamanda inkişaf və innovasiya üçün əlavə imkanları araşdıraraq Greenled şirkəti ilə əməkdaşlığımızı genişləndirməyi nəzərimizdən keçiririk."
Greenled şirkətinin Ǫrup Direktoru Tuomas Poskiparta bu tərəfdaşlıqla bağlı şərh edib:
"Biz davamlı inkişafımızı düşünərək öz sənayesində lider olan STP Şirkətlər Ǫrupu ilə tərəfdaşlıq etməkdən məmnunuq. Enerjiyə qənaət edən işıqlandırma həllərimiz ətraf mühitə təsirləri minimuma endirməklə yanaşı müstəsna keyfiyyəti ilə də fərqlənir. Ümid edirik ki, STP Polymer şirkətində həyata keçirdiyimiz layihə uzunmüddətli əməkdaşlığın başlanğıcı ola bilər. Öz növbəmizdə yerli istehsalı əhatə edəcək tərəfdaşlığın imkanlarını məmnuniyyətlə dəyərləndirmək istərdik."
STP Şirkətlər Ǫrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləməklə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 30 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























