Azərbaycanın iri bankı 166 milyon manatdan çox xalis mənfəət əldə edib
"Kapital Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 166 milyon 73 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 9 ayını 182 milyon 12 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətdəki 15 milyon 939 min manatlıq və ya 8,7% azalma mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. 9 ay ərzində "Kapital Bank"ın kredit portfeli, gəlirləri, əməliyat mənfəəti artıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Kapital Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 512 milyon 385 min manat ikən, 2024-cü ilin 9 ayında 615 milyon 50 min manata yüksəlib (102 milyon 665 min manat və ya 20 faiz artıb).
Bankın qeyri-faiz gəlirləri isə 110, milyon 903 min manat və ya 33,5 faiz artaraq 434 milyon 406 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2024-cü ilin 9 ayı ərzində "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 57 milyon 94 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 728 milyon 365 min manat, gəlirlər xərcəri üstələdiyindən əməliyyat mənfəəti 328 milyon 729 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 108 milyon 565 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 54 milyon 91 min manat mənfəət vergisi ödəyib. "Kapital Bank" 2023-cü ilin 9 ayı ərzində 318 milyon 642 min manat əməliyyat mənfəətindən 83 milyon 279 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 53 milyon 351 min manat mənfəət vergisi ödəmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsait artdığı üçün, bu il "Kapital Bank"ın xalis mənfəəti azalıb.
Cari ilin 9 ayı ərzində "Kapital Bank"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirləri) 213 milyon 568 min manat artmasına qarşlıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 203 milyon 481 min manat artıb. Gəlirlərdəki artım xərclərdəki artımdan 10 milyon 87 min manat yüksək olduğu üçün Bankın əməliyyat mənfəəti artıb
KREDİT PORTFELİ ARTIB
30 sentyabr 2023 - 30 sentyabr 2024-cü il dövründə "Kapital Bank"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 1 milyard 198 milyon 341 min manat və ya 30,6% artaraq5 milyard 114 milyon 906 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 667 milyon 311 min manat artaraq 2 milyard 815 milyon 683 min manata, biznes kreditləri portfeli 460 milyon 28 min manat artaraq 1 milyard 689 milyon 217 min manata, ipoteka kreditləri portfeli 71 milyon 2 min manat artaraq 610 milyon 6 min manata yüksəlib.
30 sentyabr 2023 - 30 sentyabr 2024-cü il dövründə "Kapital Bank"ın depozit portfeli 1 milyard 454 milyon 601 min manat və ya 22,4% aratraq 7 milyard 937 milyon 697 min manata çatıb.
AKTİVLƏRİ 10 MİLYARD MANATDAN ÇOXDUR
30 Sentyabr 2024-cü il tarixində "Kapital Bank" 10 milyard 277 milyon 304 min manat cəmi aktivlərə malik olub. Bank 30 sentyabr 2023-cü il tarixində 8 milyard 459 milyon 440 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti























