“Azərsun”un marketoloqları fil qulağında yatıblar"

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi bütün Azərbaycanı sevindirdi. O cümlədən, şirkətlər də bu uğura sevinirlər, həm də fürsətdən istifadə edərək özlərini reklam edirlər.
"Qarabağ" futbol klubunun sponsoru, "Azərsüd"ün də istehsalçısı olan "Azərsun Holdinq"dir. Ancaq klubun uğurundan "Atena" daha çox yararlanmış kimi görünür. "Atropatena" şirkəti istehsal etdiyi “Atena”südünü, "Südüm sizə halal olsun" şüarının yazıldığı və Ağdam klubunun loqosunun əks olunduğu foto ilə reklam edir.
"Marja" xəbər verir ki, “Atena”nın Facebook səhifəsində paylaşdığı foto böyük maraqla qarşılanıb və xeyli paylaşılıb. Tural Tağısoy yazıb ki, “Azərsun”un marketoloqları fil qulağında yatıblar, bunu əslində onlar etməli idilər.
Digər izləyicilər də paylaşımı müsbət qarşılayıblar. Şirkətin bu fürsətdən məharətlə istifadə etməsini alqışlayıblar.
Həmçinin bu reklamı tənqid edənlər də var. Tənqidçilər bildirirlər ki, uğuru qazananlar inək yox, ana südü ilə böyüyüblər. Lakin fotodan da görünür ki, ifadə inəyin adından deyilir və burada inək südünə işarə edilir.
“Azərsüd”ün Marka rəhbəri Elşən Əmirov “Marja”ya bildirdi ki, holdinqin marketinq komandası tərəfindən “Qarabağ”ın uğuru ilə əlaqələndirilmiş paylaşımlar edilib:
“Atena” tərəfindən foto paylaşılıb. “Azərsüd” isə video formatında paylaşım edib. Məlumdur ki, video reklamın hazırlanması foto reklamdan daha çox vaxt tələb edir. Bu səbəbdən sosial şəbəkələrdə “Atena” “Azərsüd”dən daha tez reklam paylaşımı etmişdir. Hazırladığımız qısa video çarxda “Qarabağın Qəhrəmanları, Sizi Dəstəkləməkdən Qürur Duyuruq!” ifadəsindən istifadə edilib.
“Qarabağ”ın uğurundan faydalanmaq istəyən markalar çoxdur.
“Məsələn “Gate 25” adlı restoran “Qarabağ”la qürur duyuruq ifadəsini işlət, 50% endirim əldə et” şüarının yazıldığı foto paylaşıb.
KLUB BƏYANAT YAYDI
“Qarabağ” futbol klubu bəyanat yayıb. Buna son vaxtlar bəzi şirkətlərin komandanın loqosundan ticari məqsədlər üçün istifadə etməsidi.
Bu hüquq yalnız klubun sponsoru “Azərsun Holdinq”ə məxsus olsa da, bəzilərinin buna məhəl qoymaması klubu sərt addımlar belə atması ilə nəticələnə bilər:
“Qarabağ” FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik. Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək “Qarabağ”ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, “Qarabağ” FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azərsun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşən ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 gün sonra
-
42 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizdən çox artıb
-
1 saat əvvəl
Expressbank Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizdən çox artıb

Expressbank Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Dövlət büdcəsində 4 milyard manatdan çox artıqlıq yaranıb
Ən çox oxunanlar

Rubl dəyər itirməyə davam edir - SƏBƏBLƏR

Cəmi 240 manat ödəməklə "Peşəkar Mühasib Sertifikatı"na sahib olmaq indi daha asan!

"Aparılan yoxlamalarla bağlı mediada əsassız məlumatların dərc edilməsi müşahidə olunur"

Neft qymətləri Çinin sayəsində sabit qalır
