“İnnostart” qayıtdı!
Bölgələrdə yaşayan gənclər bu layihə vasitəsilə startap qura, biznesini inkişaf etdirə və innovativ ideyalarını reallaşdıra bilərlər.
(®) “İnnostart” layihəsi ölkənin müxtəlif bölgələrində yaşayan gənclərə sahibkarlıq, startap və innovasiya sahələrində bilik və təcrübə qazanmaq imkanı təqdim edir. Bu layihə vasitəsilə startap qurmaq, biznesi inkişaf etdirmək və innovativ ideyalarını reallaşdırmaq istəyənlərə geniş imkanlar təklif edilir.
Bu məqsədlə, təşkil ediləcək icma tədbirləri, maaraifləndirmə sessiyaları, startap müsabiqələri və inkubasiya proqramları vasitəsilə daha çox şəxs innovasiya ekosistemi barədə məlumat əldə edəcək, innovativ sahibkarlıq təcrübəsi qazanacaq, öz innovativ layihəsini qurmaq üçün ilk addımlarını atacaqdır.
2022-ci ildə start götürən “INNOSTART” layihəsi çərçivəsində hakatonlar, inkubasiya proqramları, seminarlar, mentorluq proqramları və "Demo Day" tədbirləri keçirilir. Bu tədbirlər gənclərin sahibkarlıq və innovasiya sahəsində biliklərini genişləndirməklə yanaşı, onların real biznes mühitində praktiki təcrübə qazanmalarına da şərait yaradır. Hər bir iştirakçı öz ideyasını formalaşdırmaq, investorlarla görüşmək və innovasiya ekosisteminin bir parçası olmaq şansı əldə edir.
“İnnostart” layihəsinin əsas məqsədləri:
- Regionlarda innovasiya ekosisteminin inkişafına dəstək: Regionlardakı icmaları sahibkarlıq və innovasiya ilə tanış etmək, onların biznes biliklərini artırmaq və gələcək liderlərini formalaşdırmaq.
- Startap ekosistemini formalaşdırmaq: Regionlarda yaşayanlara startap ideyalarını inkişaf etdirmək üçün təlim, resurs və maliyyə dəstəyi təqdim etmək.
- Şəbəkələşmə imkanları: Gənclərə investorlar, mentorlar və sahibkarlarla görüşlər təşkil etmək, onların ideyalarını daha geniş auditoriyaya tanıtmaq.
-İnnovativ ideyaları dəstəkləmək: Regional icmaların innovasiya potensialını üzə çıxarmaq və onları biznes dünyasına daxil etmək üçün davamlı dəstək göstərmək.
Gələcək planlar:
2024-2025-ci illər ərzində “INNOSTART” layihəsi daha geniş miqyasda regionlarda fəaliyyətini davam etdirəcək və daha çox gənci innovasiya və startap ekosisteminə cəlb etməyə yönəldilmiş tədbirlər həyata keçirəcəkdir. Proqram çərçivəsində inkubasiya proqramları, hakatonlar, vörkşoplar, maarifləndirmə təlimləri, elektron ticarət sistemi haqqında təlimlər, ideatonlar həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin təsir gücü gənclərin yalnız şəxsi inkişafına deyil, eyni zamanda Azərbaycanın iqtisadiyyatına və innovasiya ekosisteminin inkişafına müsbət təsir göstərməkdədir. Layihə, iştirakçıları sahibkarlıq və texnologiya sahələrinə cəlb edərək onların gələcəkdə uğurlar əldə etməsinə kömək edir.
İştirak etmək və daha ətraflı məlumat üçün:
İştirakçılar www.innostart.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
9 d. sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
23 d. əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 25 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
1 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
1 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
2 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
2 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
3 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
