Umico Bonus loyallıq proqramı yeniləndi
(®) Birbank Umico kart sahibləri üçün 19%-ə qədər keşbek bonusları, m10 və Umico Market istifadəçiləri üçün isə yeni imkanlar yarandı.
9 oktyabr 2024-cü ildən etibarən Umico Bonus loyallıq proqramı tamamilə yenilənir və müştərilərə yeni fürsətlər təqdim olunur. Artıq hər alış-veriş Birbank Umico kart sahibləri, m10 istifadəçiləri və Umico Market müştəriləri üçün daha çox fürsət və qazanc deməkdir.
Birbank Umico kart sahibləri üçün individual kateqoriya seçimi və əlverişli imkanlar:
Birbank Umico kart istifadəçiləri indi Birbank mobil tətbiqində alış-veriş kateqoriyalarını öz zövqlərinə uyğun seçə və bol-bol keşbek bonuslarını qazana bilərlər. Bunun üçün Umico bölməsində özəl hazırlanan tapşırıqları yerinə yetirmək kifayətdir. Belə ki, oktyabr ayında Umico Market-də 50 AZN-dən çox xərcləmək, kart balansında 1000 AZN-dən çox vəsait saxlamaq, Bravo marketlər şəbəkəsində 20 AZN-dən çox alış-veriş, QR-la ödəniş etmək kimi tapşırıqlar müştərilərə daha çox keşbek bonuslarını qazanmaq fürsəti yaradacaq:
- Umico Market-də alış-verişə görə19%-dək
- Trendyol alış-verişlərində 14%-dək
- BakıKart vasitəsilə ictimai nəqliyyatdan istifadə zamanı 19%-dək
- “Bütün alışlar kateqoriyasında 10.5%-dək
Bu, müştərilərin gündəlik xərclərini daha sərfəli edərək, alış-verişlərinin bir hissəsini bonuslar şəklində geri qaytarmağa imkan verir. Toplanan bonuslar Birbank tətbiqində kommunal ödənişlər və ya Umico Market və geniş partnyor şəbəkəsində alış-verişlər üçün istifadə edilə bilər.
Ətraflı məlumat üçün: https://cards.kapitalbank.az/az/BBUM/um/
İndi Umico bonusları m10 tətbiqində:
m10 istifadəçiləri üçün də Umico-dan xüsusi təkliflər var. Belə ki, Umico Bonus indi m10 tətbiqi ilə tam olaraq inteqrasiya edilib və onun rəsmi loyallıq proqramına çevrilib. Bu isə m10 istifadəçilərinə bir çox sərfəli şərtlərlə daha çox keşbek bonuslarını qazanmaq fürsəti yaradır.
m10 tətbiqində QR kodu vasitəsilə edilən bütün ödənişlər istifadəçilərə bonus şəklində minimum 2% keşbek qazandırır ki, bu da tətbiqdən istifadəni daha da sərfəli edir. İstifadəçilər həmçinin seçilmiş tərəfdaşlarında əlavə bonuslar qazana bilərlər.
-m10 vasitəsilə mobil rabitə, internet, kommunal və digər xidmətlərin ödənişi 2%-dək bonus qazandırır.
-Umico bonuslarını qazanmaq üçün m10 istifadəçilərinin kart və ya barkod təqdim etməsinə ehtiyac yoxdur - bonuslar avtomatik və dərhal Umico balansına köçürülür..
-m10 istifadəçiləriUmico bonuslarını toplayaraq onları 10.000-dən çox alış-veriş nöqtəsində xərcləyə, tətbiqdə xidmətlərin haqqını ödəyə, həmçinin əsas m10 balansına köçürmə edə bilərlər .
-Kampaniya çərçivəsində müştərilər şəxsi bonuslarını 1 bonus = 1 manat ekvivalentində Umico balansından m10 hesabına köçürə bilərlər..
Umico Market bonusları ilə yeni alış-veriş fürsətləri:
Umico Market-də xərcləmək və qazanmaq indi daha asandır. Belə ki, Umico Market-də alış-veriş edən müştərilər 19%-dək keşbek bonusları qazana və bu bonusları növbəti alış-verişlərdə də istifadə edə bilərlər. Bu yenilik ilə müştərilər toplanılan bonusları daha sərfəli şəkildə istifadə etmək imkanını qazanırlar.
Beləliklə, Birbank, m10 və Umico xidmətləri indi vahid bonus balansı ilə birləşir. Bu isə istifadəçilərə qazandıqları bonusları bir yerdə izləmək və rahatlıqla istifadə etmək imkanını verir. Qeyd olunan yeniliklər istifadəçilər üçün daha sərfəli şərtlər və geniş imkanlar yaradaraq ekosistemin bütün istifadəçiləri üçün daha əlverişli, əlçatan təcrübə təqdim edir.
Ətraflı məlumat üçün:https://umico.az/live/umico-bonus-il-daha-cox-imk
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 34 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
1 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
-
2 saat əvvəl
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyuldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
-
4 saat əvvəl
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Azərbaycanın kapital bazarlarında tarixi saziş
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Ən çox oxunanlar
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Rəsmi məzənnələr açıqlandı
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib

















.jpg)


