“Meqa Sığorta” Avstriya şirkəti ilə 5 milyonluq müqavilə bağladı
“Meqa Sığorta” ASC tərəfindən sığortalanmış əmlak sığortası sinifləri üzrə risklər "VİG Re" təkrarsığorta şirkətinə ötürüləcək. Həmçinin "Meqa Sığorta" zəlzələ, sel-daşqın və digər təbii fəlakətlər nəticəsində yarana biləcək katastrofik hallardan da təkrarsığorta müdafiəsi əldə edib.
“Meqa Sığorta” ASC Avstriyanın ən böyük beynəlxalq sığorta qrupu olan “Vienna Insurance Group” şirkətlər qrupuna daxil olan “VİG Re” şirkəti ilə əməkdaşlığa başlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Marja-ya verilən məlumata görə, “Meqa Sığorta” şirkəti ilə "VİG Re" şirkəti arasında əmlak sığortası, eləcədə katastrofik risklərin təkrarsığortası üzrə obliqator təkrarsığorta müqaviləsi bağlanmışdır.
Əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, “Meqa Sığorta” ASC tərəfindən sığortalanmış əmlak sığortası sinifləri üzrə risklər (əmlakın yanğından və digər risklərdən sığortası, daşınmaz əmlakın icbari sığortası, tikinti-quraşdırma risklərinin sığortası, podratçının maşın və avadanlıqlarının sığortası və s.) 5 milyon manat həddində "VİG Re" təkrarsığorta şirkətinə ötürüləcək. Bundan əlavə yeni əməkdaşlıq müqaviləsi çərçivəsində "Meqa Sığorta" zəlzələ, sel-daşqın və digər təbii fəlakətlər nəticəsində yarana biləcək katastrofik hallardan da təkrarsığorta müdafiəsi əldə edib.
Qeyd edək ki, dünyanın 30-dan çox ölkəsində, 30 mindən çox əməkdaşı olan Vienna Insurance Group Mərkəzi və Şərqi Avropanın ən iri sığorta qrupu hesab olunur və şirkətin maliyyə dayanıqlığı reytinqi Standard & Poor's tərəfindən A+ olaraq təsdiq edilmişdir.
“Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə Azərbaycan sığorta bazarının lider şirkətlərindən biridir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 27 d. əvvəl
-
51 d. əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
1 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
1 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
1 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
2 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
2 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
