Avropa Birliyində Çinin elektrik avtomobillərinə 45%-ə qədər vergi təsdiqləndi
Avropa Parlamentində Çindən gətirilən avtomobillərə 45 faizədək əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib. Almaniya qanun layihəsinin əleyhinə səs versə də, İsveç və İspaniya da daxil olmaqla 12 üzv bitərəf qalıb.Avropa Birliyində (AB) Çin elektrikli nəqliyyat vasitələrinə vergi səsverməsi fikir ayrılıqlarının kölgəsində keçib.
Marja xəbər verir ki, Avropa Komissiyası Çindən gələn elektriklə işləyən avtomobillərə 45 faizə qədər gömrük rüsumunun tətbiqinə qərar verib.
Səsvermədə Bolqarıstan, Danimarka, Estoniya, Fransa, İrlandiya, İtaliya, Latviya, Litva, Hollandiya və Polşa verginin tətbiqinə səs verib.
Qitənin ən böyük iqtisadiyyatı olan Almaniyanın bunun əleyhinə səs verməsi diqqəti çəkib. Almaniya ilə yanaşı, Macarıstan, Malta, Slovakiya və Sloveniya da qanun layihəsinin əleyhinə səs verib.
Avstriya, Belçika, Xorvatiya, Yunan Kipr Administrasiyası, Çexiya, Finlandiya, Yunanıstan, Lüksemburq, Portuqaliya, Rumıniya, İspaniya və İsveç bitərəf qalıb.
Bu addımın Pekinlə ticarət gərginliyini artıracağı gözlənilir.
AB-nin qərarı, Çinin öz sənayesini ədalətsiz şəkildə subsidiya etdiyini aşkar edən araşdırmadan sonra verilib.
Keçən il Avropa Birliyinin Çinlə ticarət dövriyyəsi 739 milyard avro (815 milyard dollar) məbləğində olub.
Qanuna görə, Teslanın Çində istehsal etdiyi modellərə 7,8 faiz, BYD-nin modellərinə 17 faiz, Geely-nin modellərinə 18,8 faiz, araşdırmada əməkdaşlıq edən, lakin siyahıya alınmayan istehsalçılara 20,7 faiz, SAIC və əməkdaşlıq etməyən digər şirkətlərə 35,3% əlavə vergi tətbiq olunacaq. Bu vergi dərəcələrinin hazırkı 10 faizlik vergiyə əlavə ediləcək.
Noyabrın əvvəlində 45 faizə qədər olan vergilərin toplanmasına başlanacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 11 d. əvvəl
-
29 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 32 d. əvvəl
- 37 d. əvvəl
- 42 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb






.jpg)









.jpg)








