“İstisu”nun Minskdə təqdimatı olub, ixracına dair niyyət protokolu imzalanıb
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə oktyabrın 4-də Minskdə Azərbaycan Ticarət Evində olub.
Nazirlər Kabinetindən verilən xəbər görə, hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.
Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.
Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.
XXX
Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olub.
Təqdimatda Azərbaycanın Baş naziri Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib.
Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”-nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

