Abbas İsmayılov: “Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb”
"Bu gün Naxçıvanda fəaliyyətdə olan sahibkarların böyük əksəriyyətini KOB subyektləri təşkil edir. KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər".
Bu sözləri Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Nazir müavini bildirib ki, 1 oktyabr 2024-cü il tarixə muxtar respublikada 19729 mikro, 309 kiçik və 91 orta sahibkarlıq subyekti olmaqla, ümumilikdə 20129 aktiv KOB subyekti fəaliyyət göstərir ki, bu da ilin əvvəli ilə müqayisədə 57,3 faiz, o cümlədən mikro 59,0 faiz, kiçik 4,0 faiz və orta sahibkarlıq subyekti isə 3,4 faiz çoxdur.
Naxçıvanda KOB subyektlərinə ayrılan kreditlərin həcmi artıb
Abbas İsmayılov qeyd edib ki, Naxçıvanda maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri olub. Cari ilin 9 ayı ərzində bank və kredit təşkilatları tərəfindən KOB subyektlərinə verilən kreditin 7,8 faizi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondlarının vəsaitləri hesabına təmin edilib.
“Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin layihə sayı üzrə 92 faizi, kreditin məbləği üzrə isə 27,7 faizi Kiçik və Orta Sahibkarlıq subyektlərinin payına düşüb”, - deyə Abbas İsmayılov əlavə edib.
Naxçıvanda KOB subyektlərinə göstərilən xidmət sayı artıb
İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov əlavə edib ki, 2024-cü ilin 9 ayında biznesə dəstək məqsədilə Naxçıvan, Babək, Şərur və Ordubad şəhərlərində yeni yaradılan Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 41500-dən çox xidmət göstərilib ki, bunun 91 faizi KOB subyektlərinin payına düşür. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.
Naxçıvanda verilən lisenziyaların 97,4 faizi KOB subyektlərinin payına düşüb
Abbas İsmayılov deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranması və mövcud KOB-ların fəaliyyətinin genişlənməsi, özəlləşdirmə proseslərində yaxından iştirak etməsi daim stimullaşdırılır. Cari ilin 9 ayında özəlləşdirilən dövlət əmlaklarının 93,8 faizi KOB subyektləri tərəfindən həyata keçirilib, verilən lisenziyaların 97,4 faizi KOB subyektlərinin payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
21 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 21 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















