“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!
İstifadəçilərin idman zalı, üzgüçülük mərkəzi, pilates salonuna daxil olmazdan əvvəl onun üztanıma testi aparılacaq. Üz cizgiləri hesab sahibinin siması ilə üst-üstə düşməyən şəxslərin məntəqəyə girişinə icazə verilməyəcək.
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA KYC rəqəmsal həlli “Push30” mobil tətbiqinə inteqrasiya olunub.
Artıq “Push30” istifadəçiləri SİMA KYC vasitəsilə öz hesablarından daha etibarlı şəkildə istifadə edə biləcəklər. Belə ki, istifadəçi xidmət məntəqəsinə (idman zalı, üzgüçülük mərkəzi, pilates salonu və s.) daxil olmazdan əvvəl onun identifikasiyası (üztanıma testi) aparılacaq. Üztanıma testi sayəsində şəxsin həqiqətən də “Push 30” istifadəçisi olub-olmadığı müəyyən ediləcək. Üz cizgiləri hesab sahibinin siması ilə üst-üstə düşməyən şəxslərin məntəqəyə girişinə icazə verilməyəcək.
Qeyd edək ki, inteqrasiyanın məqsədi “Push30” hesablarının başqaları tərəfindən ələ keçirilməsinin qarşısını almaq, eləcə də müştəri məmnuniyyətini təmin etməkdir.
SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA KYC ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
36 d. əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 38 d. əvvəl
- 50 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
