“Banklarda korporativ idarəetmə Standartları”nda dəyişikliklərin qüvvəyə minməsinə dair açıqlama
“Banklarda korporativ idarəetmə Standartları”nda dəyişikliklərin qüvvəyə minməsinə dair açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank nəzarəti və tənzimləməsinin ən qabaqcıl standartlara uyğunlaşdırılması, o cümlədən banklarda korporativ idarəetmə sahəsində normativ hüquqi bazanın modernizasiyası üzrə təşəbbüsləri davam etdirir.
Daha əvvəl də məlumat verildiyi kimi, (https://www.cbar.az/press-release-4804/recommendations-on-corporate-governance-standards-for-banks-approved) bu təşəbbüslər çərçivəsində Mərkəzi Bankın “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” adlı sənədi qəbul edilib. Sözügedən sənəd, bu sahənin tənzimlənməsi üzrə Mərkəzi Bankın gələcək strateji baxışını əks etdirir və nəzarət orqanının müvafiq sahədə planlaşdırılan tələblərinə bankların hazırlıqlı olmalarının təmin edilməsi məqsədini daşıyır.
Bildirik ki, qeyd olunan təşəbbüslərin davamı olaraq, 25 sentyabr 2024-cü il tarixində “Banklarda korporativ idarəetmə Standartları”na əlavə və dəyişikliklər qüvvəyə minib. Yuxarıda qeyd olunan sənəddən fərqli olaraq, Standartlar tövsiyə xarakteri daşımır və hal-hazırda Mərkəzi Bankın korporativ idarəetmə sahəsi üzrə banklara qarşı mövcud olan tələblərini ehtiva edir.
Standartlara edilmiş son dəyişikliklərə əsasən, bankların Müşahidə Şuralarının tərkibinə müstəqil üzvlərin daxil edilməsinə dair tələb 08 sentyabr 2025-ci il tarixindən etibarən nəzarət zərfi dövlətə məxsus olan banklara da şamil ediləcəkdir. Ölkəmizdə korporativ idarəetmə sahəsi üzrə ilk dəfə tətbiq edilən bu yenilik səhmdar strukturundan asılı olmayaraq bütün banklara vahid yanaşmanın tətbiq olunmasına və bununla da banklarda idarə etmə mexanizmlərinin təkmilləşməsinə xidmət edir.
Digər dəyişikliklərlə, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxsin son üç ildə banka aidiyyəti olan şəxsin əməkdaşı olmaması tələbi əlavə olunmuş, müstəqil üzvün müstəqillik statusunun qüvvədə olduğu müddət limiti altı il olaraq müəyyən edilib.
Bununla yanaşı, müstəqillik meyarlarında bankın əməkdaşları üzrə xüsusi tələblər müəyyən edilib. Yeni tələblərə əsasən, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxs bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxsə isə bankda işlədiyi müddətin ən azı üçdə ikisi (minimum 3 il olmaqla) müddətində fasilə tətbiq edildikdən sonra onun müstəqil üzv təyin oluna bilməsi imkanı nəzərdə tutulub.
Standartlara edilmiş düzəlişlərlə Komplayens Komitəsinin tərkibinə dair tələblər aydınlaşdırılıb, eləcə də İdarə Heyətinin sədri, Baş risk inzibatçısı və Baş komplayens inzibatçısı ilə bağlı əvəzetməyə dair tələblər dəqiqləşdirilib.
Bu düzəlişlərin edilməsində əsas məqsəd banklarda korporativ idarəetmə funksiyasının davamlı olaraq gücləndirilməsi və banklarda idarəetmənin şəffaflığının artırılmasından ibarətdir.
“Banklarda korporativ idarəetmə Standartları” ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq mümkündür:
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 46 d. əvvəl
-
54 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 58 d. əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti




















