Mərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLAR
Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən tədbir keçirilib.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Bankın kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Ziyarət iştirakçıları tərəfindən Ulu öndərin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmətlə yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.
Sonra Bankın rəhbərliyi və kollektivi tərəfindən Şəhidlər xiyabanında vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin məzarlarına və “Əbədi Məşəl” abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirələri yad edilib.
Həmçinin Mərkəzi Bankın inzibati binasında Ulu öndərin büstü qarşısına əklil qoyulub və Bankın əməkdaşlarının iştirakı ilə 105 illik yubileyə həsr olunan görüş keçirilib. Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram bir dəqiqəlik sükutla ifadə olunub.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov uzun inkişaf yolu keçmiş mərkəzi bankçılığın tarixindən bəhs edərək, müstəqillik əldə etdikdən sonra ölkəmizdə bank-maliyyə sistemində Ulu öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış islahatlarının bu gün də tərəqqiyə mühüm töhfə verdiyini vurğulayıb. O, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin maliyyə sektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçün kompleks islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Sədr Bankın bütün əməkdaşlarının həyata keçirilən islahatlarda fəal iştirakını xüsusi qeyd edərək bundan sonra da qarşıya qoyulan məqsədlərin icrasında uğurlar arzu edib.
Mərkəzi Bankın sədri çıxışı zamanı görüşdə iştirak edən və uzun müddət Mərkəzi Bankda çalışmış əməkdaşlara təşkilatın və sektorun inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 46 d. əvvəl
-
54 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 58 d. əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti























