Chery də Türkiyədə avtomobil zavodu qurmaq istəyir
Çinin avtomobil istehsalçısı Chery də Türkiyəyə investisiya yatırmaq üçün danışıqlar aparır.
Marja.az xəbər verir ki, Reuters-ə danışan türkiyəli rəsmi investisiya danışıqlarının son mərhələsində olduğunu bildirib.
Adının açıqlanmasını istəməyən məmur, avtomobil zavodu qurmaq üçün danışıqlar aparan Chery-nin hansı həcmdə sərmayə yatıracağı ilə bağlı məlumat verməyib.
Ötən həftə sonu "Chery International"ın prezidenti Zhang Guibing Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə ölkənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır da iştirak edib.
Bu il Çin şirkəti BYD, ildə 150 min avtomobil istehsalı gücündə olacaq zavodun tikilməsi üçün Türkiyəyə 1 milyard dollar sərmayə yatıracağını açıqlayıb.
Türkiyə yeni plug-in hibrid və elektrik avtomobil zavodu sərmayələri üçün torpaq ayrılması, geniş vergi güzəştləri və müxtəlif dəstəklər təqdim edir. İnvestisiyaya dəstək proqramı ildə minimum 150 000 ədəd istehsal tələb edir və həmçinin investora müəyyən sayda avtomobili yerli bazarda tarifsiz satmaq imkanı verir.
Türkiyə hökuməti Çin istehsalçılarına da istehsal bazasını genişləndirmək və avtomobil sənayesinin elektrik avtomobillərə keçidini sürətləndirmək üçün öz imkanlarını təklif edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)





