“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
Sentyabrın 2-si Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Kəlbəcər rayonundakı “İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq.
Bunu açıqlamasında zavodun direktoru Adil Haqverdiyev bildirib.
"Artıq bununla bağlı danışıqlar aparılıb, oktyabr ayında ilk ixracımızı həyata keçirəcəyimiz gözlənilir. Bu da həm zavodumuz, həm də ölkəmiz adına qürurverici bir hadisədir. Mineral suyumuz dünya bazarlarında satılacaq", - deyə o qeyd edib.
Direktorun sözlərinə görə, "İstisu" markası ölkə daxilində də böyük marağa səbəb olub: "Çox qısa zamanda dünya standartlarına uyğun müasir bir zavod inşa edilib, illərlə həsrətində olduğumuz "İstisu" markası yenidən canlandırılıb, xalqımıza təqdim edilib. Bu, başda Prezidentimiz olmaqla dövlətimizin qüdrətinin təcəssümüdür. "İstisu" markasına xalqın dəstəyi var. Odur ki, qısa zamanda zavod 1 növbəli iş rejimində 100 % doluluqda işləyib, gələn aydan isə biz 2 növbəli iş rejiminə keçməyi planlanlaşdırıq. Bu da öz növbəsində daha çox Kəlbəcər sakininin işlə təmin olunması, rayonda sosial-iqtisadi fəallığın artması deməkdir. Ümumilikdə zavodda 100 nəfərin işləməsi planlaşdırılır. Hazırda bu rəqəm 75-dir. Onun da 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qürurverici haldır ki, sakinlər köçdən öncə işlə təmin olunub. Əməkdaşlarımız arasında şəhid ailələri, müharibə qəhrəmanları və iştirakçıları var”.
Qeyd edək ki, “İstisu”-Kəlbəcərin İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur. 1951-ci ildə isti suyun xüsusiyyətlərinin araşdırılması məqsədilə Azərbaycan SSR Səhiyyə Nazirliyi ilə birgə professor Mirəli Qaşqayın rəhbərliyi altında elmi araşdırma aparılıb. Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanır və bu sular arasından içilə bilən və ən faydalı su olaraq indiki İstisuyun mənbəsinin qazıntısı edilir. Beləliklə, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Qısa müddətdə həm Azərbaycanda həm də qonşu ölkələrdə rəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən “İstisu” mineral suyun yenidən istehsal edilməsinə başlanılıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)



