ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi tamamlandı!
11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, 24 sentyabr 2024-cü ildə Bakı Fond Birjasında ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Marja.az BFB-yə istinadən xəbər verir ki, 86 milyon 940 min manat buraxılış həcmindən 56 milyon 535 min 109 manatlıq hissəsi və ya 65%-i yerləşdirilib. Say baxımdan isə, hər birinin nominal dəyəri 0,27 manat olan 322 000 000 ədəd səhmdən 206 013 235 ədədi və ya 64%-i yerləşdirilib. Ortaçəkili qiyməti 0.2744 manat təşkil edib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1004004581
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 322 000 000 ədəd
İlkin ticarət qiyməti: 0.27 manat
Buraxılış həcmi: 86 940 000 manat
Minimal qiymət: 0.27 manat
Ortaçəkili qiyməti: 0.2744 manat
Yerləşdirilən q/k sayı: 206 013 235 ədəd
Reallaşdırılmış həcm: 56 535 109.17 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 55 623 573.45 manat
İnvestor sayı: 33 710
Sifariş və əqdlərin sayı: 49 262
Anderrayter: “ABB-İnvest İ.Ş” QSC
ABB səhmlərinə 3 aylıq abunə yazılışı prosesi ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur. Dövlət payı isə 92.18 faiz təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü il tarixində “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz Azərbaycan Beynəlxalq Bankıdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 13 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb







.jpg)


.jpg)









.jpg)

