Avtomobil icarəsi şirkətlərinin də fəaliyyəti nəzarətə götürüləcək
Qanunvericilik aktlarına əlavə və dəyişikliklər ilə bağlı fikirlər irəli sürülüb, avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması müzakirə edilib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” İşçi qrupunun tərkibində yaradılan və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupun növbəti iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Marja-ya verilən məlumatda bildirilir ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, “Turizmin inkişafı” İşçi qrupun rəhbəri, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Tematik qrupun rəhbəri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev, aidiyyəti dövlət qurumlarının, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda avtomobil icarəsi sahəsinin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və səmərəliliyinin artırılması, əlverişli biznes mühitinin yaradılması üzrə müzakirələr aparılıb.
İclas zamanı özəl sektor, aidiyyəti dövlət qurumları ilə aparılmış müzakirələrin nəticələri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış normativ hüquqi akt layihələri və avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.
Bildirilib ki, bu sahənin dövlət tənzimlənməsi təşəbbüsü sahibkarların qarşılaşdıqları çətinliklərin və qeyri-qanuni fəaliyyət nəticəsində üzləşdikləri haqsız rəqabətin aradan qaldırılması, eyni zamanda onların səmərəli iqtisadi fəaliyyətinə, eləcə də sahənin investorlar üçün cəlbediciliyinə şərait yaradılması ilə bağlı, məhz özəl sektorun çağırışlarına cavab olaraq irəli sürülüb.
Müzakirələr çərçivəsində irəli sürülmüş layihələrə dair aidiyyəti qurumların nümayəndələrinin, həmçinin şirkətlərin təmsilçilərinin rəy və təklifləri dinlənilib, sahənin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı fikirlər irəli sürülüb.
Daha sonra müzakirələrdə qaldırılan məsələlərin təhlil edilməsi, aidiyyəti qurumların layihələrlə bağlı rəy və təkliflərinin ümumiləşdirilməsi və müvafiq qərarlar qəbul edilməsi üçün yekun layihələrin qısa müddət ərzində Komissiyaya təqdim edilməsi barədə Tematik qrupa tövsiyələr verilib.
Məlumat üçün qeyd edək ki, “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupa rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
13 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
7 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
8 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
8 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
