İri bank: Kreditlərə tələbat bir qədər azalıb
Belə bir fikir səsləndirilir ki, banklar cəlb etdikləri vəsaitləri kredit şəkilində ayıra bilmirlər və banklarda izafi likvidlik mövcuddur. Həqiqətənmi kreditlərə tələbat azalıb? Gələcəkdə banklar gəlir formalaşdırmaqda çətinlik çəkə bilərlərmi?
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva "Marja"ya müsahibəsində bildirib ki, kreditlərə tələbat bir qədər azalıb:
“Hazırda PAŞA Bankın müştərilərə verdiyi kreditlər 900 milyon manat civarındadır və bu il kredit portfelimizdə ciddi azalma və artma müşahidə etmirik. Bəli, kreditlərə tələbat bir qədər azalıb. Tələbatla bağlı məqama aydınlıq gətirmək istərdim – bizim portfelimizdə bizneslərin valyuta asılılıqları qismən mövcuddur. Bu bizneslərdə bir az durğunluq müşahidə olunur. Onlar öz üzərinə valyuta riskini götürmək istəmir və biznesin genişlənməsinə yatırım etməkdən qaçınırlar. Digər sözlə desək, sahibkar öz biznesinə ciddi şəkildə investisiya etmir, amma dövriyyə vəsaitlərinə olan ehtiyaclarını Bankdan aldığı vəsaitlə qarşılayır”.
Xəyalə Nğıyeva vurğulayıb ki, kreditə tələbat sektorlar üzrə fərqlidir: “Biz kənd təsərrüfatında canlanma görürük, tikinti sektorunda isə əksinə durğunluq müşahidə olunur. Qida sənayesində, qida və qeyri qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin bizneslərində heç bir azalma yoxdur. PAŞA Bankın hesabatlarına diqqət yetirsəniz görəcəksiniz ki, Bankın sektorlar üzrə kredit portfeli iqtisadiyyatdakı prosesləri əks etdirir”.
VƏSAİTLƏRİ YERLƏŞDİRMƏKDƏ ÇƏTİNLİK MÖVCUDDUR
Xəyalı Nğıyeva qeyd edib ki, banklarda izafi likvidliyin olduğu barədə səsləndirilən fikirlər doğrudur: “Hazırda PAŞA Bankda da böyük likvidlik yaranmışdır və bu vəsaitləri rasional yerləşdirmək demək olar ki, mümkün deyil. Bu da alternativ investisiya alətlərinin məhdudluğu ilə əlaqədardır: Mərkəzi Bankın depozit hərracları, notları və dövlət istiqrazlarından başqa demək olar ki hər hansı bir investisiya aləti mövcud deyil.
Digər tərəfdən də, ölkə xaricindəki alətlərə də investisiya etmək Azərbaycan bankları üçün sərfəli deyil, çünki qərb ölkələrində etibarlı dövlət istiqrazlarının faizləri çox aşağıdır. İnkişaf etmiş ölkələrin demək olar ki, risksiz dövlət istiqrazlarının gəlirliliyi 1-2%-dir ki bu gəlir bizim xərcimizi belə ödəmir. Hazırda likvid vəsaitlərin yerləşdirilməsimaliyyə institutlarının qarşısında dayanan ciddi çağırışlardan biridir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
47 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
53 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
56 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















